3 azərbaycanlı ailə Ukraynada Rusiyalı hərbçilərin nəzarətində - VİDEO

09:15 9 Mart 2022

Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxilə etməsi nəticəsində bu ölkədə olan Azərbaycan vətəndaşları problemlər yaşamaqda davam edirlər.

Manset.az xəbər verir ki, Ukraynanın müxtəlif şəhər və rayonlarında qalan çoxlu sayda Azərbaycan vətəndaşları təxliyə ediləcəyi günü gözləyirlər.

Uşaqlar və hamilə qadının da olduğu 3 azərbaycanlı ailə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçən kənddə qalıblar. 

3 ailənin 15 üzvü Başdansk rayonunda yerləşən kəndlərdən birində yaşayırdı. Ancaq yaşadıqları  kənd atəşə tutulduğundan, onlar hazırda bu rayonun Mixayilovka kəndindəki bir fermada qalmalı olublar.

Həmin kənd Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçdiyindən onlar hec cür ərazini tərk edə bilmirlər. Onlar deyirlər ki, məhz bu səbəbdən ərzaqla təminatda porblem yaşayırlar.



Xəbər xətti