Rusiyanın ötən gün Ukraynanın Sumi şəhərinə endirdiyi aviazərbələr nəticəsində 3-ü uşaq olmaqla 22 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə Sumi Regional Hərbi İdarəsinin rəhbəri Dmitro Jivitski bildirib.
Onun sözlərinə görə, Sumi rayonu ötən gün 3 dəfə atəşə məruz qalıb.
Bombardman nəticəsində daha 8 nəfər yaralanıb, 20 birmərtəbəli yaşayış evi dağıdılıb.
Qeyd edək ki, BMT-nin məlumatına görə, Ukraynada müharibənin başlamasından sonra 474 mülki şəxs həlak olub, 861-i isə yaralanıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının ofisinin məlumatında isə qeyd edilib ki, 2 milyon ukraynalı ölkəsini tərk edərək qonşu ölkələrə sığınıb.