Cəlilabad rayonunun Kövüzbulaq kənd tam orta məktəbi qəzalı vəziyyətdədir

12:45 27 Fevral 2023

Cəlilabad rayonunun Kövüzbulaq kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olması orada təhsil alan şagirdlər həmçinin məktəbin pedaqoji və texniki işçiləri üçün olduqca təhlükəlidir.  Hər an uçma təhlükəsi ilə qarşı-qarşıya olan məktəbdə xüsusən də qış aylarında təlim-tədris prosesinin aparılması olduqca çətindir.

Sitat.info-ya bu barədə kənd sakinləri şikayət edib. 

Onların sözlərinə görə, qəzalı vəziyyətdə olan məktəbin yalnız 2 sinfində dərs keçirilir.

Həmin siniflərin pəncərəsi yoxdur və bu səbəbdən həmin yerə sellofanlar vurulub. 

Məktəb illərdir ki, qəzalı vəziyyətdədir və heç bir təmir işləri aparılmır. Bunlarla yanaşı məktəbdə heç bir qızdırıcı sistem yoxdur və bu da soyuq havalarda həmin siniflərin çox soyuq olmasına imkan yaradır.

Səid İsaoğlu,

Sitat.info




Xəbər xətti