McDonalds-ın ikili standartları: Bəs siyasətə qarışmırdılar?

15:44 9 Mart 2022

"McDonalds şirkəti Ukraynaya təcavüzlə bağlı Rusiyanı baykot edərək, bu ölkədə olan 850 restoranını bağlayıb. Anlaşılandır. Amma həmin McDonalds Vətən Müharibəsi zamanı ANCA erməni lobbisinin təkidi ilə "Qarabağ Azərbaycandır" paylaşımını öz sosial media səhifəsindən silmişdi.

Bununla bağlı ciddi etirazlar olmuşdu. O zaman McDonalds bunu siyasətə qarışmamaqları ilə izah etmişdi.

Yəni , o zaman bu şirkət, həmçinin də onları dəstəkləyən bəziləri Azərbaycanın suverenliyi məsələsini, bizim üçün milli qurur, milli maraq, beynəlxalq hüquq məsələsini "franşiza-françayzinq" səviyyəsinə, “siyasətə qarışmırıq” səviyyəsinə endirmişdilər".

SİTAT.İNFo xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

On un  sözlərinə görə, indi həmin bu şirkət digər bir ölkənin süverenlyi və ərazi bütövlüyünə olan təcavüzlə bağlı bir anda 850 restoranı Rusiyada bağlayıb: "Necə olur ki, Azərbaycanın süverenliyinə və ərazi bütövlüyünə qəsd edənlərə qarşı apardığımız ədalətli müharibədə bu tip addımlar “siyasətə qarışmaq” hesab olunur, amma digər ölkədə bu “təcavüzə etiraz” olur ?

Bunun çox sadə bir adı var, yumşaq formada buna ikili standart deyirlər.

Bir qədər sərt formada olanı isə, ümid edirəm hamı bilir ki bu tip yanaşmanı necə adlandırılar, burda yazmağı məqsəduyğun hesab etmirəm.

Təəssüf edirəm ki, o zaman ciddi ictimai etirazlar, baykot çağırışları olsa da, bütün diqqət müharibəyə yönəldiyindən rəsmi qurumlarımız bu məsələdə çox da dərinə getmədilər".

O.Gündüz hesab edir ki, bu dövlət üçün çox yanlış addım idi: "Təkrarlanmaması üçün hökumət ciddi tədbirlər görməliydi.

O zaman da yazmışdım, indi də qeyd etməyi özümə borc hesab edirəm ki, normal ölkələr, özünə hörmət edən dövlətlər bu tip addımları bağışlamırlar.

Ümid edirəm, aidiyyatı qurumlar McDonalds və bu tip qurumların 44 Günlük Müharibə zamanı ölkəmizə qarşı etdiklərini unutmayıblar".



Xəbər xətti