Balakən rayonu, çahmat məktəbinin rəhbəri Vaqif Ocaqverdiyev qarşılaşdığı inzibati problemlərlə bağlı Sitat.info-ya şikayət məktubu ünvanlayıb .
Həmin məktubu təqdim edirik:
"Təhsil" Respublika İdman Mərkəzinin Tədbirlər Planına uyğun olaraq 26 Fevral Xocalı soyqırımı faciəsinin 31-ci ildönümünə həsr olunmuş Respublika turnirinə ötən gün Ağcabədi rayonunda start verildi. Çox təəssüflə qeyd etmək istərdim ki, Balakən rayon UGİŞM-nin komandası Şəki-Zaqatala Regional Təhsil İdarəsindən maliyyə ayrılmadığına görə yarışda iştirak edə bilməyəcək.
Bununla neçənci dəfədir region bizim yarışda iştirakımızı təmin etmir.Getsək də ezamiyyətimizi ala bilmirik.11-18 dekabr 2022 ci il tarixlərində Qax rayonunda keçirilən zona yarışının ezamiyyə xərcini hələ ala bilməmişik. Dediklərinə görə fevralda Təhsil Nazirliyi tərəfindən ödənişlə bağlı hesab açılacaq. Ayın sonuna iki gün qalır. Zona yarışında 5 şagirdim yer tutdu. Onlardan 3-ü finala düşmüşdü. Mənə rəhbərimiz tərəfindən deyildi ki, Bakı şəhərinə getsəniz də maliyyə ödənilməyəcək . Belə olan halda iştirak edə bilmədik. Bu günə kimi məktəbdə daxili yarışlar keçirərək başımızı aldadırıq. Şahmatçının yetişməsi üçün mütləq yarışlarda iştirakı lazımdır. Bu zaman şagirdlə yanaşı məşqçinin də gücü aşkar olunur. Mənə yaxın direktor dostlarımdan birinin dediyinə görə regionun maliyyəsinə baxan, Təhsil Nazirinin müavinindən məktub göndərilməsini istəyir. Yəni məktubda bizlərin yarışlarda iştirakına və maliyyə vəsaitinin ayrılmasına icazə verilməlidir. Yoxsa yarışlarda iştirakımıza qəti şəkildə icazə verilməyəcək. Məndə olan məlumata görə bu gün bəzi regionlar ərazisinə aid rayonları Ağcabədiyə göndərib. Halal olsun, çox gözəl. Bilmək istərdim, əgər bizdən yarışlarda iştirakımız barədə vəsaitlə bağlı illik praqnoz istənildi, ora bu yarışda salınmışdı. Gedilməyəcəksə bunlar nəyə gərəkdir.
Təhsil Nazirimizə sual edirəm, bu cür hallar nə vaxta kimi davam edəcək? Şahmat məktəblərini ulu öndər Heydər Əliyevin siyasətinə qarşı çıxaraq birləşdirdilər. Qazanılan nə oldu ? Bir neçə direktoru çıxarmaqla guya dövlət büdcəsinə xeyirmi verdilər. Xeyr əvəzində əlavə xeyli ştatlar açıldı. Haqsızlığa qarşı səsimizi çıxardan da pis adam olursan .
Mən iki dəfə regionun maliyyəsinə baxan şəxsdən yarışda iştirakımızın vacibliyi və mənim haqqımda özlərinə yanlış məlumat verdiklərini izah etməyə çalışdım. Cavab vermədilər. Balaca başımızı qaldırıb yarışda iştirak etmək istəmişik deyə region tez bir zamanda ikinci yarım ilin cədvəlini istəyib və sabahdan reydlərə başlayır. Bilirəm nəyə görə edilir...Əsası gərək indiyə qədər yoxlamaya gəlincə əvvəl özünün işi düz olmalıdır ki, kiməsə söz deyəsən.
Birincisi şahmat məktəbinin binasının vəziyyətinə baxsınlar. Bina bayırdan bəzəkli, içəridən qəzalıdır. Tavanda mamır bitib, döşəmədə hər an çökə bilər. Keçmişin xəstəxana binası idi, sonra qaçqınlarada verilmişdi. Yen ədə siçovullarla bir yerdə məktəbdə işləyərək uğurlara imza atırıq.
Xahiş edərdim ki, telekanallar gəlib çəkiliş etsinlər. Məni tanıyan dəyərli dostlarım bilir ki , mən yalan söyləmərəm. Bu gün bu cür çətinliklərlə regionun yarışda iştirakımıza icazə vermədiyi halda səsini çıxartmayıb gözləyən 90-faiz direktorlar var. Tülkü kimi gizlənirlər, kreslolarını qoruyurlar .Çünki özləri çirkabın içindədilər. Əyri işləri o qədərdir ki, boğazları yuxarıdakıların əllərindədir. Bəziləri var ki, işdən çıxmaq istəsələr belə çıxa bilmirlər. Qoymurlar, çünki ancaq yoxlamadan sonra ola bilər, o da mümkün deyil. Səmimi deyirəm, əgər belə davam edəcəksə bizim fəaliyyətimiz nəyə lazımdır, bağlasınlar, gedib özümüzə iş axtaraq.
Heydər Əliyev şahmat məktəblərini tikdirməmişdi ki, kimlərsə gəlib zəbt etsinlər.Tikdirmişdi ki, övladlarımız şahmatla məşğul olsunlar. Yarışlarda iştirak edib yüksək nəticələr qazansınlar".
Məğrur,
Sitat.info