“Azərişıq” ASC-də kadr dəyişikliyi olub.
Sitat.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, qurumun “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru Fərid Əmirov vəzifəsindən azad edilərək sədrin müşaviri təyin edilib.
Digər bir əmr ilə isə “Azərişıq” ASC sədrinin müşaviri Fərrux Heybətov isə qurumun “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, F.Əmirov eyni zamanda Milli Avarçəkmə Federasiyasının vitse-prezidentidir.