Hacıqabulda avtomobil dərəyə aşıb, xəsarət alanlar var

18:00 9 Mart 2022

Hacıqabulda yol qəzası baş verib.

 

Hadisə Udlulu kəndi ərazisində qeydə alınıb. Hibrid tipli minik avtomobilinin aşması nəticəsində Paşalı kənd sakinləri - 1940-cı il təvəllüdlü Ağayeva Raya Azad qızı, 1938-ci il təvəllüdlü Ağayev Ağamoğlan Əliyar oğlu və 1980-ci il təvəllüdlü Babayev Anar Təyyar oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

 



Xəbər xətti