Pulsuz dərman preparatlarının siyahısının genişləndirilməsi təklif edilir

14:14 3 Mart 2023

Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısının genişləndirilməsi təklif edilir.

Sitat.info-nun xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə bildirilib ki, imtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın növlərinin və ya əvəzedicilərinin sayının artırılması təklif edilir.



Xəbər xətti