Bakıda qaydaları kobud şəkildə pozan sürücülərin videosu ərazidəki təhlükəsiz şəhər kamerasına düşüb.
Avtosfer.az xəbər verir ki, 90-TG-550 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü martın 8-də paytaxtın Neftçilər prospektində (Bakı İdman Sarayanın qarşısında) əks istiqamətə çıxaraq nəqliyyat vasitəsini qarşıdan gələn maşınların üzərinə sürüb.
Ərazidə xidmətdə olan yol polisi əməkdaşı avtomobilin qarşısını kəsərkən, sürücü və sərnişin onunla mübahisə etməyə başlayıb. Qarşıda əyləşən xanım sərnişinin qərəzli hərəkətləri kamera görüntülərində aydın şəkildə əks olunub.