Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

09:30 16 Mart 2023

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub.

Sitat.info-nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gedib. O, bu gün C.Cəlilovu kollektivə təqdim edəcək.

Qeyd edək ki, Nicat Fəxrəddin oğlu Babayev 2019-cu ilin fevral ayında Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilmişdi. 



Xəbər xətti