Elçin Əlibəyli qardaşı Oqtay Əliyevin ölüm səbəbindən danışdı - VIDEO

16:55 23 Mart 2023

Mərhum tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevin dəfn mərasimi zamanı qardaşı tanınmış teleaparıcı Elçin Əlibəyli  onun ölüm səbəbi ilə bağlı danışıb.

Sitat.info xəbər verir ki,  E.Əlibəyli Oqtay Əliyevin ürək xəstəliyindən əziyyət çəkmədiyini qeyd edib:

"Böyük itkidir. Ən son iki gün öncə görüşmüşdük. Hadisədən bir saat öncə xeyli telefonla danışdıq. O, mənim böyük qardaşım idi. Atamdan sonra böyüyüm o idi. Ürək xəstəliyindən əziyyət çəkmirdi. Əsaslanmamış məlumat yayıblar. Qardaşım heç bir əməliyyat keçirməyib. Patoloji Anatomiya Birliyindən aparılan araşdırmadan da məlum olub ki, ürəyində heç bir qüsur olmayıb . Nə olubsa, qəflətən olub. Aldığı güclü travmadan dünyasını dəyişib”.

Məğrur,

Sitat.info

 



Xəbər xətti