Bakının mərkəzində bir neçə filialı olan "Kardeşler" kafesində tavandakı arakəsmələrdə gəzən siçovulu müştərilər videolentə alıb.
SİTAT.İNFO xəbər verir ki, bu videonu Axar.az saytının redaktoru Anar Niftəliyev paylaşıb.
O məkanın “Kardeşler” kafesinin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən filialı olduğunu qeyd edib: “Siçovul, yoxsa siçandır? Təsəvvür edirəm ki, axşamlar şirniyyatın yanına enir”.