Nazirlər Kabinetinin imzaladığı yeni qərardan sonra yaşı 10-dan yuxarı olan avtomobillər ölkəyə buraxılmayacaq.
Sitat.info xəbər verir ki, yeni qərardan sonra avtomobil bazarında qiymətlər dəyişməyə başlayıb.
Satıcılar real tv-yə bildirib ki, qiymətlərdə artım var və bu, avtomobil növünə görə 500-1000 manat arasında dəyişir.
Həmçinin deyilib ki, yeni qərardan sonra maşın alveri ilə məşğul olanlar Gürcüstana üz tutub və oradan yaşı 10-dan çox olan avtomobilləri aprelin sonuna kimi Azərbaycana gətirməyə çalışırlar.