Sosial Xidmətlər Agentliyi auditor seçir

17:56 3 Aprel 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün açıq tender elan edib.

Sitat.info xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 26-sı, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə mayın 4-ü, saat 15:00-a qədər Agentliyin Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanında ("Çinar Park" Biznes Mərkəzi) yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə mayın 5-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.



Xəbər xətti