"Bu gün canlı yayına gəlmək üçün 45 dəqiqədir ki, Bakının yollarında tıxaclarda qalmışam. 45 dəqiqəyə biz qonşu Gürcüstana təyyarəyə gedirik. Bakı batır, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı isə görünmür. Təmir-bərpa işləri üçün milyonlarla vəsait ayrılır, üç gündən sonra həmin yeri dağıdırlar. Elə bil həmin vəsaitlər şəxsi mallardır".
Bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov sitat.info-ya bildirib.
Ekspert bu problemin səbəbinin parlamentdə gördüyünü qeyd edib:
"Parlament hesabatlılıqla məşğul olsaydı, büdcəyə nəzarət eləsəydi, bu qədər özbaşınalıq olmazdı".
Məğrur,
Sitat info