Uçqun nəticəsində Ermənistanın Gorus-Qafan yoluna alternativ olan yolu bağlandı VİDEO

19:03 12 Mart 2022

Ermənistanın yükdaşımalar üçün istifadə etdiyi alternativ yolda uçqun olub.

SİTAT.İNFO xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev paylaşıb.

Qeyd edək ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində rəsmi Bakı nəzarət tədbirlərini gücləndirdikdən və gömrük postu qoyduqdan sonra, Ermənistan yükdaşımalar üçün alternativ Tatev yolundan istifadə edirdi. Bu gün həmin yol sürüşmə nəticəsində bağlanıb. Yük maşınlarının keçməsi mümkün olmayıb. Qış aylarında Tatev yolunun yararsız olması öncədən də məlum idi. Bu mənada Ermənistan yük maşınlarının Gorus-qafan yolundan istifadə edib Azərbaycana da vergi ödəyəcəyi istisna deyil.

SİTAT.İNFO həmin videonu təqdim edir. 

 



Xəbər xətti