Lvovun qərbindəki Yavoriv poliqonuna raket zərbəsi endirilib.
BAKU.WS xəbər verir ki, obyekt xarici mütəxəssislər tərəfindən Ukrayna Silahlı Qüvvələrinin təlim proqramında əsas obyekt olub.
Bildirilir ki, raket zərbələri nəticəsində Yavoriv poliqonunun infrastrukturu zədələnib və ya dağılıb.
Rusiya mətbuatı yazır ki, məhz bu obyektdə ötən il NATO-nun “Rapid Trident” təlimləri keçirilib. Qərb təlimatçılarının rəhbərliyi altında tank əleyhinə sistemlərin istifadəsi üzrə təlimlər baş tutub.