Azərbaycanda DƏHŞƏT: Ərlə arvadın yanmış meyiti tapıldı - VİDEO

17:00 13 Mart 2022

Salyanda fərdi evdə dəhşətli yanğın olub. Yanğın qısa zamanda genişlənərək qonşuluqdakı evə də keçib. Hadisə nəticəsində yanğının başladığı evin sahibləri ölüblər.

Yanğın baş verdi, iki nəfər yanaraq öldü. Hadisə Salyan rayonun Aşağı Kürkəndi kəndində qeydə alınıb.

Kənd sakini, 69 yaşlı Əliyar Əliyevə məxsus birmərtəbəli fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Salyan Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Əhatə dairəsi genişlənən yanğın qonşuluqdakı Şahin Hüseynovun da evinə keçib. Hər iki yanğın söndürülüb. Buna baxmayaraq hər iki ev yanaraq yararsız hala düşüb.

Yanğın yerinə keçirilən baxış zamanı ev sahibi, 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlu və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının meyiti aşkar olunub.

Qeyd edək ki, Əliyar Əliyev Salyan rayon Suvarma Sistemləri idarəsində baş mühasib işləyirdi.5-6 il bundan öncə ölən ər və arvadın evinə basqın olmuşdu. Naməlum şəxs və şəxslər tərəfindən döyülən ər və arvad xəstəxanaya yerləşdirilmişdi.Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırma aparılır.



Xəbər xətti