"New York Times" qəzetinin müxbiri Brent Renaud İrpendə dünyasını dəyişib.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebitov bildirib.
"İşğalçılar hətta beynəlxalq mediada Rusiya hərbçilərinin Ukraynada törətdiyi vəhşiliklər haqqında həqiqəti göstərməyə çalışan jurnalistləri də qətlə yetirirlər." , - deyə o bildirib.