Vurulan doğum evindən yaralı halda çıxarılan qadın körpəsi ilə birlikdə öldü FOTO

14:26 14 Mart 2022

 

Rusiya Mariupoldakı doğum evini vurduqdan sonra xərəklə təcili yardıma aparılan və bu kadrla müharibənin simvoluna çevrilən hamilə qadın körpəsi ilə birlikdə həyatını itirib.

SİTAT.İNFO Avropa.info-ya istindən xəbər verir ki, müharibənin simvoluna çevrilən hamilə qadın bombardımandan sonra cəbhəyə daha yaxın olan başqa xəstəxanaya aparılıb.

Cərrah Timur Marin "Associated Press"ə açıqlamasında qadının çanaq sümüyünün əzildiyini, ombasının sındığını, körpənin keysəriyyə ilə doğulduğunu, lakin heç bir həyat əlaməti olmadığını bildirib. Dərhal anaya fokuslandıqlarını, lakin 30 dəqiqə davam edən müdaxiləyə baxmayaraq ananın da reaksiya vermədiyini ifadə edən cərrah Marin, "Təəssüf ki, ikisi də öldü", deyib.

O ANNE ÖLDÜ! son dakika Rusya'nın Hastane saldırısında yaralanan kadın bebeğiyle hayatını kaybetti

Müharibə cinayətlərində ittiham olunan Rusiya rəsmiləri doğum evinin baza kimi istifadə olunmaq üçün "ukraynalı ekstremistlər" tərəfindən ələ keçirildiyini, içəridə heç bir xəstə və ya tibb işçisinin qalmadığını iddia edibdilər. Rusiyanın BMT-dəki səfiri və Rusiyanın Londondakı səfirliyi bu görüntüləri “saxta xəbər” adlandırmışdı.



Xəbər xətti