Sudanda Misir səfirliyinin avtomobili atəşə tutulub, diplomat ölüb

22:12 24 Aprel 2023

Sudanın paytaxtı Xartumda Misir səfirliyinin avtomobili atəşə tutulub.

Sitat.info “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində diplomat ölüb.

Telekanalın məlumatına görə, nəqliyyat vasitəsi hərbi attaşenin köməkçisinə məxsus olub.

Rəsmi Qahirə olayla bağlı hələlik açıqlama verməyib.



Xəbər xətti