Rusiya BMT-nin iclasında sərt tənqid edildi

12:28 25 Aprel 2023

BMT Təhlükəsizlik Şurasının dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə iclası keçirilib.

Sitat.info xəbər verir ki, Rusiya tərəfindən "BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsi ilə effektiv çoxtərəflilik" gündəmi ilə təşkil edilən toplantıda Moskvaya qarşı sərt tənqidlər səsləndirilib. 

Toplantıda Lavrovun yanında oturan BMT Baş Katibi Antonio Quterreş Rusiyanın Ukraynada səbəb olduğu dağıntını qınayaraq Rus işğalının beynəlxalq hüquq normalarını pozduğunu və Ukrayna xalqına böyük problemlər yaratdığını söyləyib. 

Avropa İttifaqının BMT-dəki nümayəndəsi Olof Skoog bildirib ki, Rusiya bu görüşü təşkil etməklə özünü BMT Konvensiyasının bir müdafiəçisi kimi göstərməyə çalışır. Bu, gülünc vəziyyətdir. 

Sergey Lavrov isə toplantıdan əvvəl verdiyi açıqlamada BMT sisteminin dərin bir böhrandan keçdiyini və bu vəziyyətdən başda ABŞ olmaqla Qərb ölkələrinin məsuliyyət daşıdığını qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti