İsveç 5 rusiyalı diplomatın diplomatik statuslarına uyğun gəlməyən fəaliyyətlərə görə ölkədən çıxarılacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, İsveç Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsveç hökumətinin Rusiya kəşfiyyatının yaratdığı təhlükəsizlik təhdidini çox ciddi qəbul etdiyi vurğulanıb və diplomatik statusları ilə fəaliyyətlərinin Vyana konvensiyasına uyğun gəlməməsi səbəbiylə 5 rus diplomatın ölkədən çıxarılacağı bildirilib.
Rusiyanın İsveçdəki səfirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Seymur Bənnayev
Sitat.info