ÜST-dən Sudanla bağlı xəbərdarlıq: "Bioloji təhlükə riski var"

22:35 25 Aprel 2023

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) münaqişə tərəflərindən birinin Sudandakı Milli İctimai Səhiyyə Laboratoriyasını ələ keçirdiyini, ona görə də paytaxt Xartumda "yüksək bioloji təhlükə riski" olduğunu bildirib.

Sitat.info xəbər verir ki, aprelin 15-dən başlayaraq Sudanda ordu və ya Çevik Dəstək Qüvvələri (RSF) arasında toqquşmalar davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) paytaxt Xartumdakı Milli İctimai Səhiyyə Laboratoriyasının Ordu və ya RSF qüvvələri tərəfindən ələ keçirildiyini, laboratoriya işçilərinin isə müəssisədən qovulduğunu açıqlayıb.

ÜST laboratoriyada qızılca və vəba törədiciləri və digər təhlükəli maddələrin olduğunu bildirib.

Qeyd edək ki, Sudandakı qarşıdurmalarda indiyədək 459 nəfər həyatını itirib, 4072 nəfər isə yaralanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti