Rusiya prezidenti Vladimir Putin ölkəsində qeyri-dost ölkələrə məxsus aktivlərə qəyyumların təyin edilməsinə icazə verib.
Sitat.info xəbər verir ki, Putinin xaricdə dondurulmuş Rusiya aktivlərinə qarşı cavab addımlarını ehtiva edən fərman ölkənin hüquqi informasiya sistemində dərc olunub.
Rusiyada başda ABŞ olmaqla, dost olmayan ölkələrin aktivlərinə qəyyum təyin edilməsinə icazə verən fərmanda sözügedən aktivlərə nəzarət Rusiya Federal Dövlət Əmlakının İdarə Olunması Agentliyi tərəfindən həyata keçiriləcək.
Bu kontekstdə sərəncamda Almaniyanın "Uniper" və Finlandiyanın "Fortum" şirkətlərinin Rusiyadakı aktivlərinin idarə olunması üçün müvəkkil təyin edildiyi bildirilib.
Qeyd edək ki, "Uniper"in Rusiyada beş geotermal elektrik stansiyası, "Fortum"un yeddi geotermal elektrik stansiyası, eləcə də müxtəlif elektrik enerjisi istehsalı və paylama sərmayələri var.
Seymur Bənnayev
Sitat.info