Ermənistanda hərbi komissar döyülüb

12:38 26 Aprel 2023

Ermənistanın Tavuş vilayətində hərbi komissar döyülüb.

Baku.ws Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə aprelin 21-də baş verib. 

Məlunmata görə, Tavuş polis şöbəsinə hərbi hospitaldan bədən xəsarətləri olan vətəndaşın onlara çatdırılması barədə məlumat daxil olub.

Daha sonra polis yaralının 47 yaşlı Tavuş vilayəti sakini Lernik Ohanyan olduğunu müəyyən edib. Onlar həmçinin müəyyən ediblər ki, həmin gün saat 18 radələrində qaz doldurma məntəqələrindən birində Ohanyanla Tavuş vilayətinin 43 yaşlı sakini Qor Atoyan, 33 yaşlı Vardan Yesayan arasında dava düşüb. Mübahisə zamanı sonuncu Ohanyanı döyüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Polis Atoyan və Yesayanın tapılması üçün lazımi tədbirlər görür.

Qeyd olunub ki, xəstəxanaya çatdırılan Ohanyan Ermənistan Müdafiə Nazirliyinin (hərbi komissar) Tavuş 2-ci ərazi diviziyasının rəisidir.



Xəbər xətti