Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu AES-ə nüvə yanacağının verilməsi mərasimindən əvvəl Rusiya lideri Vladimir Putinlə telefonla danışmağı planlaşdırır.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat yayıb.
Mərasim cümə axşamına təyin edilib. Daha əvvəl Türkiyə lideri qeyd edib ki, Putin mərasimə videokonfrans vasitəsilə qoşulacaq.