Polşanın əsas müxalifət partiyalarından biri "Polşa 2050"-nin lideri Szimon Holovnia seçki hüququnu 16 yaşa endirəcəyini vəd edib.
Sitat.info xəbər verir ki, bu çıxışdan sonra Polşada məlum müzakirələr başlayıb.
Szimon Holovnia deyib ki, indi 16 yaşlılar 40 yaşlı insanlardan daha yetkindirlər: "Mən söz verirəm ki, 16 yaşlı yeniyetmələr səs verəcək və gələcəklərini qərarlaşdıracaqlar. Bu gün dünyanı xilas etmək üçün super qəhrəmana ehtiyacınız yoxdur, sizə bu nəsil lazımdır”. Bu sözləri deyən müxalifət lideri gənclərin siyasi və sosial dəyişikliklərdə mühüm rol oynadığını bildirib.
Konstitusiyaya görə, Polşada yaşı 18-dən az olanlar səs verə bilməz və bunu dəyişdirmək üçün deputatların üçdə ikisinin dəstəyi lazımdır.
Noyabrda keçiriləcək parlament seçkilərinə ilk dəfə qatılacaq "Polşa 2050" anketlərə görə təxminən yüzdə 7 səs toplayır. "Polşa 2050" digər müxalifət partiyaları ilə koalisiya quraraq hakimiyyətə gəlməyi hədəfləyir.
Nərgiz,
Sitat.info