Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ərazi güzəştləri ilə sülhün bərqərar olması mümkün deyil.
Sitat.info xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada Çin prezidenti Si Cinpinlə telefon danışığının təfərrüatları barədə məlumat verib.
Görüşün təxminən 1 saat davam etdiyini qeyd edən Zelenski, görüşdə ikitərəfli münasibətlərin müzakirə edildiyini ifadə edərək bildirib: "Ukrayna-Çin tərəfdaşlığının gücləndirilməsi yollarını müzakirə etdik. Rusiyanın genişmiqyaslı hücumundan əvvəl Çin Ukraynanın nömrəli ticarət tərəfdaşı idi. İnanıram ki, bu görüş bu xəttin qorunmasına və inkişafına güclü təkan verəcək”.
Seymur Bənnayev
Sitat.info