50-dən çox ölkə öz vətəndaşlarını Sudandan təxliyə edib

23:58 26 Aprel 2023

Ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında elan edilən atəşkəsə baxmayaraq, Sudanda vaxtaşırı qarşıdurmalar davam edir. Bu səbəblə bir çox ölkə diplomatik nümayəndəliklərinin və vətəndaşlarının ölkədən çıxarılmasını sürətləndirib.

Sitat.info xəbər verir ki, Türkiyə, ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Səudiyyə Ərəbistanı da daxil olmaqla 50-dən çox ölkə öz vətəndaşlarını Efiopiya və Misir vasitəsilə qurudan, Port Sudan limanı üzərindən dəniz və hava yolu ilə təxliyə etməyə davam edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti