Arkanzas ştatının keçmiş qubernatoru 72 yaşlı Asa Hutchinson 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini rəsmən bəyan edib.
Sitat.info xəbər verir ki, Bentonvil şəhərində ictimaiyyət qarşısında çıxış edən Hutchinson: "Bu gün mən ABŞ prezidentliyinə namizədliyimi elan edirəm. Təcrübəm və liderliyim baxımından bu prezidentlik kampaniyasında təkəm", - deyə qeyd edib.
Keçmiş qubernator Bayden administrasiyasını iqtisadiyyat, cinayət və sərhəd təhlükəsizliyi kimi məsələlərdə tənqid etsə də, ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Trampa heç bir istinad etməyib.
Seymur Bənnayev
Sitat.info