ABŞ prezidenti Co Bayden Şimali Koreyanın ABŞ və ya onun müttəfiqləri və tərəfdaşlarına qarşı nüvə zərbəsi endirməsinin qəbuledilməz olacağını bəyan edərək, belə bir hərəkətin istənilən rejimin “sonunu gətirəcəyi” barədə xəbərdarlıq edib.
Sitat.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Cənubi Koreya prezidenti Yun Suk Yeol Ağ Evdə görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Bayden buradakı çıxışında ikitərəfli əlaqələrin iqtisadiyyat, texnologiya və bir çox başqa sahədə inkişaf etdiyinə diqqət çəkib və bunu "uğur hekayəsi" olaraq xarakterizə edib.
Güclü ikitərəfli müdafiə razılaşmalarını izah edən Bayden, Şimali Koreyanın nüvə fəaliyyətlərinə qarşı Koreya yarımadasında "genişləndirilmiş nüvələrin qarşısının alınması" mövzusunda öhdəlik götürdüklərini də ifadə edib.
Seymur Bənnayev
Sitat.info