40 ildə ilk dəfə: ABŞ Cənubi Koreyaya nüvə sualtı qayığı göndərəcək

11:46 27 Aprel 2023

ABŞ və Cənubi Koreya Şimali Koreyadan gələn nüvə təhlükəsinə qarşı mühüm saziş imzalayıb. Müqaviləyə əsasən, ABŞ son 40 ildə ilk dəfə Cənubi Koreyaya nüvə sualtı qayığı göndərəcək.

Sitat.info xəbər verir ki, razılaşma barədə məlumatı Cənubi Koreya prezidenti Yoon Suk-yeolun ABŞ-a səfəri zamanı açıqlayıb.

Eyni zamanda ABŞ yaradılacaq Nüvə Məsləhət Qrupu ilə Cənubi Koreyanı da nüvə planlaşdırma əməliyyatlarına daxil edəcək və Cənubi Koreya bunun müqabilində nüvə silahı istehsal etməyə çalışmayacaq.

Seymur Bənnayev 

Sitat.info



Xəbər xətti