Fanatik yəhudilər Məscidül-Əqsada təxribat törədiblər

15:55 27 Aprel 2023

İsrail qüvvələrinin himayəsi altında onlarla fanatik yəhudi işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib.

Sitat.info xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamaya görə, fanatik yəhudi məskunlaşmaçılar səhər saatlarında qrup halında Əqsanın həyətinə daxil olaraq orada təxribat törədiblər. 

Basqın zamanı məskunlaşanlar Məscidül-Əqsanın şərq hissəsində dini ayinləri yerinə yetirməyə cəhd ediblər.

İsrail polisi məskunlaşanların təhlükəsizliyini təmin etmək üçün Əqsanın giriş qapılarında və içərisində personalın sayını artırıb.

Qeyd edək ki, Məscidül-Əqsa, 26 oktyabr 1994-cü ildə İsrail və İordaniya arasında imzalanmış sülh müqaviləsinə görə; İordaniya Vəqfləri İslam İşləri və Müqəddəslik Nazirliyinə tabe olan Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.

Bununla belə, yəhudi məskunlaşmaçılar Administrasiyanın icazəsi olmadan İsrail polisinin himayəsi altında tez-tez Əqsaya basqın edirlər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti