Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Liderlər görüşdə ikitərəfli münasibətləri və regional hadisələri müzakirə ediblər.
Sitat.info xəbər verir ki, Prezident Ərdoğan görüş zamanı Rusiya Prezidenti Putinə bu gün ilk nüvə yanacağının təqdimat mərasiminin keçiriləcəyi "Akkuyu Atom Elektrik Stansiyası"na verdiyi töhfələrə görə təşəkkür edib.
Rusiya-Ukrayna müharibəsindəki inkişaflar və taxıl müqaviləsi ilə bağlı araşdırmaların da qiymətləndirildiyi görüşdə prezident Ərdoğan təklif olunan işçi qrupu vasitəsilə yeni təşəbbüslərin üzərində işlənə biləcəyini bildirib.
Görüşdə Suriyadakı hadisələr də müzakirə edilib.
Görüşdə vitse-prezident Fuat Oktay, prezidentin sözçüsü İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan da iştirak edib.
Seymur Bənnayev
Sitat.info