Almaniyada yaşayan türklər prezident seçkilərində iştirak edir.
Sitat.info xəbər verir ki, paytaxt Berlin, Frankfurt, Köln və bir çox başqa şəhərlərdə seçicilər qurulan seçki qutularına axışıb.
Almaniyada yaşayan türklər Prezident və 28-ci Dövr Millət vəkili seçkilərində səslərini veriblər.
Almaniyada 13 baş konsulluğun olduğu şəhərlərdə yerli vaxtla səhər saat 09:00-da seçki qutuları açılıb. Berlin Baş Konsulluğu binasının bağçasında uzun növbələr yaranıb.
Kölndə 12 seçki qutusu qurulub. Türkiyənin Kölndəki baş konsulu Turhan Kaya bildirib ki, səsvermə prosesi 13 gün davam edəcək. O, Türkiyə vətəndaşlarının həftə içi və həftə sonları səhər saat 9-dan axşam 9-a qədər səs verə biləcəyini vurğulayıb.
Frankfurtda seçki qutularının sayı 13 olub. İlk səsverməni Frankfurt baş konsulu Erdem Tunçer verib.
13 konsulluqdan əlavə fəxri konsulluqların yerləşdiyi Axen, Bremen və Regensburqda əlavə seçki qutuları quraşdırılıb.
Seymur Bənnayev
Sitat.info