Sudan ordusu aprelin 25-i gecə yarısından bəri davam edən atəşkəsi daha 72 saat uzatmağa qərar verib.
Sitat.info xəbər verir ki, aprelin 15-dən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalar davam edir. 72 saatlıq atəşkəs qərarı Səudiyyə Ərəbistanı və ABŞ-ın səyləri ilə hazırkı atəşkəsin bitdiyi tarixdən etibarən qüvvəyə minəcək. ÇDQ hələlik atəşkəslə bağlı açıqlama verməyib.
Qeyd edək ki, aprelin 25-i gecə yarısından etibarən ABŞ-ın vasitəçiliyi ilə Sudanda tərəflər arasında 72 saatlıq atəşkəs elan edilib.
Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə davam edən qarşıdurmada ölənlərin sayı 512-yə, yaralıların sayı isə 4193-ə çatıb.
Seymur Bənnayev
Sitat.info