"Bu ilin əvvəlindən bəri "Covid-19"dan ölümlərin 95 faiz azaldığını görmək bizləri cəsarətləndirir".
Sitat.info xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus mətbuata açıqlamasında bildirib
Qebreyesus son 4 həftədə 14 min insanın koronavirusdan öldüyünü və bəzi ölkələrdə ölüm nisbətinin atdığının müşahidə olunduğunu deyib.
“Yeni XBB.1.16 variantının ortaya çıxması virusun hələ də mutasiyaya uğradığını və yeni dalğalar törətmək qabiliyyətinə malik olduğunu göstərir”, - deyə baş direktor bildirib.
Seymur Bənnayev
Sitat.info