Rusiya yaşayış binasını vurdu: 6 ölü, 17 yaralı - Video

10:42 28 Aprel 2023

Rusiya ordusu Çerkassk vilayətinin Uman şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, raket zərbəsi nəticəsində 6 nəfər həlak olub, 17 nəfər isə yaralanıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.



Xəbər xətti