ABŞ-da məktəbə növbəti atışma olub. Hücum zamanı üçü uşaq olmaqla 6 nəfər həlak olub.
Sitat.info xəbər verir ki, 28 yaşlı hücumçu Audrey Hale polisin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Hücuma görə ölkədə bayraqların yarıya qədər endirilməsi qərara alınıb.
Polis hücumçunun əlində 2 tüfəng və bir tapança olduğunu bildirib. Silahlardan ikisinin qanuni yollarla əldə edildiyi bildirilib.
ABŞ-ın NBC telekanalı hücumçunun qadın olmasına baxmayaraq, sosial şəbəkədə özünü kişi kimi tanıdığını bildirib.
ABŞ prezidenti Co Bayden martın 31-də gün batana qədər ölkə daxilində bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verib.
Florida ştatından respublikaçı senator Rik Skott məktəblərdə silahla atəş açanlara ölüm cəzası verilməsini istəyib.
Seymur Bənnayev
Sitat.info