Rusiyanın Ukraynanın Uman və Dnepr şəhərlərinə təşkil etdiyi hücumlarda 8 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, Rusiya ordusu gecə saatlarından etibarən 20-dən çox qanadlı raket və 2 pilotsuz uçuş aparatı ilə paytaxt Kiyev və Ukraynanın digər bölgələrini hədəf alıb.
Kiyev şəhər administrasiyasından verilən açıqlamada, martın 9-dan bəri paytaxta edilən ilk hücumda hava hücumu sirenlərinin səsləndiyi, 11 qanadlı raket və pilotsuz uçuş aparatının vurulduğu bildirilib.
Ukrayna polisinin verdiyi açıqlamaya görə, Rusiya ordusu paytaxt Kiyevdən təxminən 215 kilometr cənubda yerləşən Uman şəhərində 9 mərtəbəli binanı iki qanadlı raketlə vurub.
Əraziyə xilasedici və tibbi qruplar göndərilib. Hücum nəticəsində ən azı 6 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı bildirilib.
Dnepropetrovsk vilayətinin qubernatoru Serhii Lısak Rusiyanın şərqindəki Dnepr şəhərini hədəf alan hücumda 31 yaşlı qadın və 2 yaşlı qızının öldüyünü, 4 nəfərin isə yaralandığını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info