Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) müşahidəçi üzv seçilib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviterdə paylaşım edib.
"Kipr türkləri türk dünyasının ayrılmaz bir parçasıdır. Şimali Kipr Türk Respublikasının TÜRKPA-ya müşahidəçi üzvlüyü xeyirli olsun. Birlikdə güclüyük!" - paylaşımda bildirilir.