Rusiyada bu cinayətə görə ömürlük həbs cəzası veriləcək

21:31 28 Aprel 2023

Rusiya prezidenti Vladimir Putin dövlətə xəyanət cinayətinə görə ömürlük həbsi nəzərdə tutan qanunu imzalayıb.

Sitat.info xəbər verir ki, Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan Putinin imzaladığı qanunla ölkənin cinayət məcəlləsində dəyişikliklər edilib.

Müvafiq olaraq, dövlətə xəyanət cinayətini törədənlər üçün verilən 20 illik cəza ömürlük olaraq müəyyən edilib.

Bundan əlavə, qanunun tələb etdiyi kimi, terror cinayətləri törətmiş şəxslərin 15 il həbs cəzası 20 ilə qədər artırılıb. Beynəlxalq terror cinayətləri törədən şəxslərə 12 ildən ömürlük həbs cəzasına qədər məhkum edilə bilər.

Terrorçuluğa çağırış cinayətini törədənlər 5 ildən 7 ilədək, terror qruplaşmalarında iştirak edənlər isə 10 ildən 15 ilədək həbs cəzası ala bilərlər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti