İsrail Xümsə zərbə endirdi

14:54 29 Aprel 2023

İsrail Suriyanın Xüms əyalətindəki hədəflərinə raketlərlə zərbə endirib.

Sitat.info xəbər verir ki, bu haqda SANA hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, nəticədə 3 mülki şəxs yaralanıb. Zərbənin gecə yarısından sonra Livanın şimalındakı hava məkanından endirildiyi bildirilir.

Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinə ziyan dəyib, bir neçə yanacaq çəni isə yanıb.



Xəbər xətti