Laçın sərhəd-keçid məntəqəsi fəaliyyətə başladı - erməniləri belə yoxlayırıq -VİDEO

00:00 1 May 2023

Dövlət Sərhəd Xidmətinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsinin tam şəkildə fəaliyyətinin ilk görüntüləri yayılıb.

Sitat.info xəbər verir ki, videodan da göründüyü kimi, sərhədçilərimiz erməniləri yoxlayır, daha sonra keçidlərinə şərait yaradırlar.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Daha sonra, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.

 



Xəbər xətti