Bakıda bu ərazidə sosial mənzillər tikiləcək

09:47 1 May 2023

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində "MİDA" MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə tender elan edib.

Sitat.info xəbər verir ki, bu həmin ərazidə sosial mənzillərin tiknitisi üçün artıq 2-ci tenderdir. Bundan əvvəlki tender 13 binanın tikintisini əhatə edirdi.

Yeni tender isə 16 binanın və ərazidə sosial obyektlərin – uşaq bağçasının tikintisini əhatə edir.



Xəbər xətti