Rusiya Kiyev də daxil olmaqla Ukrayna şəhərlərinə irimiqyaslı hava zərbələri endirib

10:49 1 May 2023

Rusiya gecə saatlarında paytaxt Kiyev də daxil olmaqla Ukrayna şəhərlərinə intensiv hava zərbələri endirib.

Sitat.info xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko sosial media hesabından verdiyi açıqlamada rusların gecə saatlarında Ukraynaya güclü hücum təşkil etdiyini bildirib.

Hücumların ilkin təsbitlərə görə hücumun "Tu-95" strateji təyyarələri ilə həyata keçirildiyini bildirən Popko deyib: "Paytaxtda hava hücumu xəbərdarlığı təxminən 3 saat davam etdi. Ruslar qanadlı raketlər və PUA-larla eyni anda hücuma keçdi".

Popko Kiyev hava məkanında bütün Rusiya raketləri və PUA-larının müdafiə sistemləri tərəfindən məhv edildiyi, mülki şəxslər arasında itkilərin qeydə alınmadığı, mənzillərə və ya infrastrukturlara heç bir ziyan dəymədiyi barədə məlumat paylaşıb.

Verilən məlumata görə Rusların Ukrayna ümumilikdə 18 raket atdığı, onlardan 15-nin Ukrayna qüvvələri tərəfindən məhv edilib.

Seymur Bənnayev 

Sitat.info



Xəbər xətti