İsrailin blokadası səbəbindən Qəzzada 250 min insan işsizdir

11:09 1 May 2023

2007-ci ildən bəri İsrailin blokadası səbəbindən Qəzza zolağında təxminən 250 min adamın işsiz olduğu açıqlanıb.

Sitat.info xəbər verir ki, Fələstinin Qəzzadakı Əmək Nazirliyi 1 May Əmək və Həmrəylik Günü münasibətilə yazılı açıqlama yayıb.

Açıqlamada: "İsrailin Qəzza zolağında blokadanı gücləndirməsi işsizlik nisbətini yüzdə 45-ə yüksəldib ki, bunun yüzdə 74-ü gənclər arasındadır. Bölgədəki ümumi işsizlərin sayı 250 min civarındadır", - deyə qeyd olunub.

Nazirlik Qəzza xalqına daha yaxşı xidmət etmək və işsizlik nisbətini azalda bilmək üçün xeyriyyə təşkilatlarından dəstək istəyib və Qəzza Zolağındakı əkin ərazilərində çalışan fermerlərə qarşı qanun pozuntularına son verməsi, işğal altındakı torpaqlarda çalışmasına icazə verilən işçi sayının artması və balıqçıların ovlanma ərazisinin genişləndirilməsi məqsədi ilə İsrailə təzyiq göstərilməsi üçün çağırış edib. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti