BMT Putini buna məcbur edə bilmir, çünki... - Kislitsa

19:29 1 May 2023

Hazırda BMT Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa məcbur edə bilmir.

Sitat.info xəbər verir ki, bunu “Ukrinform”a müsahibəsində Ukraynanın BMT-dəki daimi nümayəndəsi Segey Kislitsa deyib.

O qeyd edib ki, 20 ildən artıqdır ki, dünya Putin üçün demək olar ki, hər şeyə icazə verib və bağışlayıb:

"Əslində, bu, onun regional və qlobal təşkilatların heç bir qərarını tamamilə vecinə almayan avtokratiya yaratmaq planları ilə əlbir olub".

Onun sözlərinə görə, problem Rusiyanın BMT Təhlükəsizlik Şurasına veto hüququna malik olmasında deyil. Axı Təhlükəsizlik Şurası müharibənin dərhal dayandırılması və rus qoşunlarının Ukraynadan çıxarılması ilə bağlı qətnamə qəbul etsə belə, Putin buna razı olmayacaq və müharibəni dayandırmayacaq./ Axar.az



Xəbər xətti