Nəqliyyatda velosipeddən ən çox istifadə edilən ölkələrdən biri olan Belçikada yeni qərar verilib. Müvafiq olaraq, işə velosipedlə gedən işçilərə əlavə əmək haqqının verilməsi məcburiləşib.
Sitat.info xəbər verir ki, Belçikada bu gündən işə velosipedlə gedənlərə hər kilometrə üçün 0,27 avro müavinətin verilməsi icbariləşib.
Müvafiq olaraq, mayın 1-dən etibarən işçilər işə velosipedlə getdikləri təqdirdə hər kilometrə görə işəgötürənlərindən 0,27 avro müavinət alacaqlar. Bu müavinət vergidən azad olacaq.
Bir işçinin gündəlik velosiped sürmə haqqı 40 kilometrdən çox ola bilməz. Beləliklə, velosiped pulu gündə 10,8 avro ilə məhdudlaşdırılacaq.
Yeni tətbiq ilə ölkədə velosipeddən istifadənin daha da genişlənəcəyi gözlənilir.
Seymur Bənnayev
Sitat.info